Elmar Məmmədyarov İran XİN rəhbəri ilə sərhəddə yaranmış vəziyyəti müzakirə edib - FOTO

Elmar Məmmədyarov İran XİN rəhbəri ilə sərhəddə yaranmış vəziyyəti müzakirə edib - <span style="color: red;">FOTO
# 26 noyabr 2013 20:27 (UTC +04:00)

Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş əsnasında nazir Elmar Məmmədyarov İran ilə “altılıq” arasında Cenevrədə aparılan son danışıqların müsbət məcraya doğru yönəlməsinin Azərbaycan tərəfindən alqışlandığını bildirib.

Cavad Zərif oktyabrın Azərbaycanda keçirilmiş uğurlu prezident seçkiləri ilə əlaqədar Azərbaycan xalqını təbrik edib.

Görüş zamanı ikitərəfli əsasda enerji, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunaraq, tezliklə hökumətlərarası birgə əməkdaşlıq komissiyanın iclasının keçirilməsi barəsində razılıq əldə olunub.

Bundan başqa, sərhəddə yaranmış vəziyyət ilə əlaqədar tərəflər arasında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Cavad Zərifi Azərbaycana səfərə dəvət edib. Dəvət İranın xarici işlər naziri tərəfindən məmnuniyyətlə qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR