Milli Məclisin deputatı AŞPA-nın Komitə iclasında iştirak edəcək

Milli Məclisin deputatı AŞPA-nın Komitə iclasında iştirak edəcək
# 14 sentyabr 2013 18:55 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 15-dən 18-dək Madriddə səfərdə olacaq. APA-nın Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iclasda İspaniyada gender bərabərliyi, qadınlara qarşı zorakılığın iqtisadi meyarları, Avropada insan alveri, polis orqanlarında irqçilik halları ilə mübarizə, irqçilik və dözümsüzlüklə mübarizə strategiyası, qadınlara qarşı zorakılıq, Avropada milli azlıqların hüquqları və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirdə deputat Sahibə Qafarova çıxış edəcək, gündəlikdəki məsələlərə münasibətini bildirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR