ABŞ Dövlət Departamenti: Ermənistanda hakimiyyətin bütün qatlarında davam edən korrupsiya qanunun aliliyinə zərbə vurur

ABŞ Dövlət Departamenti: Ermənistanda hakimiyyətin bütün qatlarında davam edən korrupsiya qanunun aliliyinə zərbə vurur
# 28 fevral 2014 09:48 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bir sıra ölkələrdə insan haqları ilə bağlı illik hesabatında deyilir.

Sənəddə vurğulanıb ki, hakimiyyətin bütün qatlarında davam edən korrupsiya qanunun aliliyinə zərbə vurur.

Hesabatda qeyd olunub ki, namizədlərin seçki kampaniyasını sərbəst apara bilmələrinə rəğmən, 2013-cü ildə prezident seçkiləri zamanı dövlət idarəçiliyinin bitərəfli olmaması, hakim partiyanın dəstəklənməsi üçün dövlət resurlarından sui-istifadə, seçicilərin pulla ələ alınması kimi qanun pozuntuları olub. Məhkəmələr yenə də icra hakimiyyəti strukturları tərəfindən təzyiqə məruz qalır.

Digər qanun pozuntuları isə orduda qeyri-döyüş şəraitində şübhəli ölüm halları, əsgərlər arasında nizamnamədən kənar münasibətlər, çağırışçıların təhqir olunması, habelə bu cür əməllərə görə günahkar olan şəxslərin məsuliyyətə cəlb olunmamasıdır.

“Polis istintaq prosesi zamanı işgəncə metodlarından istifadə edir, həbs və sorğu-sual zamanı vətəndaşlar döyülür. Həbsxanaların əksəriyyəti doludur, orada antisanitariya hökm sürür, məhkumlar üçün tibbi xidmətlərin həcmi yetərli səviyyədə deyil. Hakimiyyət orqanları ciddi əsas olmadan cinayətləri törətməkdə şübhəli bildikləri şəxsləri özbaşına həbs etməkdə davam edir”, - deyə sənəddə qeyd olunub.

Hesabatda həmçinin vurğulanıb ki, Ermənistanda dini azlıqlara, habelə imkanları məhdud olan şəxslərə qarşı ayrı-seçkilik mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR