Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 4,6% ucuzlaşıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 4,6% ucuzlaşıb
# 10 oktyabr 2013 12:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4% artıb, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 4,6% aşağı düşüb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,2% ucuzlaşıb, metal filizlərinin hasilatı üzrə 5,6%, xam neft və təbii qaz hasilatı üzrə isə 0,3% bahalaşıb.

Sentyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 25,1%, metallurgiya sənayesi üzrə 10,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,9%, tikinti məmulatlarının istehsalı üzrə 0,6%, mebel istehsalı üzrə 0,3%, qida məhsullarının istehsalı və içki istehsalı üzrə 0,2%, kompüter və digər elektron avadanlıqların istehsalı və elektrik avadanlıqlarının istehsalı üzrə 0,1% ucuzlaşıb, kimya sənayesi üzrə 2,7%, neft məhsullarının istehsalı üzrə 2,3%, geyim istehsalı üzrə 1,8%, poliqrafiya fəaliyyəti üzrə isə istehsalçı qiymətləri 0,6% bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR