Bakı sakinindən narkotik və silah-sursat götürülüb

Bakı sakinindən narkotik və silah-sursat götürülüb
# 21 aprel 2014 09:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı şəhər sakinində narkotik və silah-sursat aşkar edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Qara Qarayev prospektində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Camalov şübhəli şəxs qismində saxlanılarkən üzərindən 0,170 qram heroin və əlində olan idman çantasından 1 ədəd qundağı çıxarılmış AKM markalı avtomat, 2 ədəd sandıq və 108 ədəd 5,45 kalibrli patron götürülüb.

V. Camalovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR