“Bakı Taxi” yayılan kütləvi ixtisarlarla bağlı xəbərlərə aydınlıq gətirib

“Bakı Taxi” yayılan kütləvi ixtisarlarla bağlı xəbərlərə aydınlıq gətirib
# 18 iyun 2014 07:59 (UTC +04:00)

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar artıq “London taksiləri”nin standartlarına uyğun sürücülər cəlb etmək istəyirik.

Bunu “APA-Economics”ə açıqlamasında “Baku Taxi” MMC-nin maliyyə direktoru Vüqar İbrahimov deyib.

O bildirib ki, bəzi KİV-in yazdığı kimi şirkətdə kütləvi ixtisar, o cümlədən böhran baş vermir. Əksinə, şirkətə son 6 ayda əlavə işçilər qəbul edilib.

“Hazırda 140 işçimiz var. Yayılan xəbərlər düzgün deyil. “Baku Taxi” MMC iflasa uğrasaydı, işçilərin kütləvi azalması olardı. Bizdə isə əksinə bu gün növbədə gözləyən sürücülər var ki, depozitlərini də ödəyiblər. Onları işə dəvət olunmalarını gözləyirlər”, - deyə V. İbrahimov qeyd edib.

Şirkət nümayəndəsi əlavə edib ki, ictimai yerlərdə peşəkar sürücülərin işə qəbul edilməsi ilə bağlı yerləşdirilən elanlar isə qarşıdan gələn I Bakı Avropa Oyunları ilə bağlıdır: “Biz ingilis dilindən anlayışı olan, naviqator və pos-terminallardan sərbəst istifadə edə bilən, eləcə də müasir-informasiya texnologiyalarının tətbiqinə başladığımız üçün o sahəyə meyli olan sürücülərə maraq göstəririk. Məqsədimiz bu cür sürücülərin yeni texnologiyalardan istifadə edən müştərilərlə daha kommunikativ olmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR