İranda zəlzələ olub

İranda zəlzələ olub
# 12 iyun 2014 12:07 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Fars vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Fars vilayətinin Fəthabad rayonuna təsadüf edib.

4,5 bal gücündə olan zəlzələ iyunun 12-də Bakı vaxtı ilə səhər saat 07:37-də yerin 10 km dərinliyində meydana gəlib. Təbii fəlakət Fəthabaddan 33 km, Qirdən 37 km və Xoncdan 39 km uzaqlıqda baş verib. İnsan itkisi və tələfat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR