Bakıda yeni dəniz limanının bərə terminalı bu ilin ilk yarısında istifadəyə veriləcək

Bakıda yeni dəniz limanının bərə terminalı bu ilin ilk yarısında istifadəyə veriləcək
# 24 fevral 2014 13:29 (UTC +04:00)

Birinci mərhələdə bərə terminalı bütün yol infrastrukturu ilə birgə istismara veriləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Ələt qəsəbəsində tikilən yeni dəniz limanı ilə bağlı işlərin son vəziyyətini şərh edərkən deyib.

Nazir qeyd edib ki, birinci fazanın işləri yekunlaşdıqdan sonra, növbəti fazanın tikinti işlərinə başlanılacaq.

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi artıq qonşu və digər xarici ölkələrin marağına səbəb olub. Qazaxıstan ildə 20 mln. ton yükün daşınması üçün Azərbaycana müraciət edib. Həmçinin, Türkiyə və BƏƏ-dən (Dubay) liman vasitəsilə yüklərin daşınması üçün maraq göstərilir.

Xəzərdə ən böyük bərə terminalı Azərbaycana məxsusdur və sahəsi 400 ha təşkil edir. Layihədə nəzərdə tutulmuş dörd yük körpüsü və bərə terminalında «ro-ro» tipli gəmilərin qəbulu üçün nəzərdə tutulmuş körpü, eləcə də anbarlar, dəmir və avtomobil yollarının tikintisi işləri aparılır. Körpülərin ümumi uzunluğunun 650 metr olması planlaşdırılıb. Birinci mərhələ üçün 40 min konteyner nəzərdə tutulub. Bundan başqa, bu mərhələdə 10 mln. ton yük daşınması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR