AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərləri ilə birgə görüş keçirmək niyyətindədir

AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərləri ilə birgə görüş keçirmək niyyətindədir
# 07 aprel 2014 11:35 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günü qurumun sədri, xanım Ann Brassör mətbuat konfransı keçirərək Assambleyanın yaz sessiyasının gündəliyi və müzakirə olunacaq əsas məsələlər haqda ətraflı məlumat verib.

APA-nın Avropa müxbiri xəbər verir ki, AŞPA-nın Dağlıq Qarabağa üzrə Alt Komitəsinin gələcək fəaliyyətinə dair sualına cavab verən xanım Brassör Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri arasında görüşlərin davam edəcəyini bildirib.

“Bilirsiniz, burada ələ düşən hər fürsətdə dialoq aparmaq lazımdır. Gərək bir-birinə qarşı ittihamlar irəli sürməyəsən, bir yerdə oturub danışmaq lazımdır. Bunun üçün mən də məndən öncəki sədrlər kimi bu ənənəyə sadiq qalaraq, hər iki ölkənin nümayəndə heyətləri arasında bu dialoqu davam etdirməyə çalışacağam. Nümayəndə heyətləri rəhbərlərinin hər ikisini öz otağıma dəvət edib, onlarla birgə bu haqda fikir mübadiləsi aparmaq niyyətindəyəm. Çox təəssüf ki, ötən sessiyada onlarla ayrı-ayrılıqda görüşdüm, bir araya gəlmədilər. Bundan sonra çalışacağam ki, birgə görüşlərin keçirilməsinə nail olum. Çünki bu dialoqu daha da gücləndirmək lasımdır. Bu sessiya ərzində yenidən cəhd edəcəyəm ki, nümayəndə heyətlərinin rəhbərlərini birgə dəvət edim. Çalışacağam ki, onlar arasında ümumi anlaşma mühitini yaradım. Biz müəyyənləşdirməliyik ki, gələcəkdə müzakirələri davam etdirmək üçün hansı addımları ata bilərik”, - deyə xanım sədr qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR