Azərbaycan sığortaçıları üçün “Etika Məcəlləsi” qəbul ediləcək

Azərbaycan sığortaçıları üçün “Etika Məcəlləsi” qəbul ediləcək
# 17 iyun 2014 11:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanın sığorta şirkətlərində çalışanların xidmət keyfiyyəti artırılacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov deyib.

Onun sözlərinə görə, ASA bununla bağlı “ASAN xidmət” mərkəzləri ilə əməkdaşlıq etməyi planlaşdırır. “ASAN xidmət”in müştərilərə xidmət sahəsində böyük təcrübəsi var. Buna görə də, mövcud potensialdan treninq və seminarlar keçirməklə sığorta bazarında istifadə edilə bilər. Bu prosesi sürətləndirmək üçün maksimum səy göstəririk. Bu məqsədlə tədris mərkəzinin işə salınması planlaşdırılır. Mərkəz ASA yanında fəaliyyət göstərəcək. Sığorta agentləri əsas vəzifələri müştərilərlə ünsiyyət olan personaldır. İnsanlar informasiyanı ilkin mənbədən qəbul edə bilərlər, mötəbər informasiyanı isə daha ixtisaslı əməkdaşdan qəbul etməyə bilərlər. Buna görə də müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin (satış strategiyasından tutmuş tanınmış dünya etalonu - Azərbaycanda qəbul ediləcək peşəkar etika məcəlləsinədək) artırılması üçün xarici mütəxəssislərin cəlb edilməsi planlaşdırılır”, - deyə O.Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycandakı 800 sığorta agentinin peşəkarlıq səviyyəsi artırılsa onlar kiçik sahibkar kimi formalaşa biləcəklər: “Dünya təcrübəsi göstərir ki, ilkin mərhələdə satış həcminin artırılması üçün say artımı vacibdir, lakin xidmətin keyfiyyətinə də diqqət yetirmək lazımdır. Bu, bir çox ölkələrdə etalon hesab edilir və onun Azərbaycanda tətbiq edilməsi lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR