Ötən ay Azərbaycanda dərmandan allergik reaksiyalar nəticəsində 30 nəfər zəhərlənib

Ötən ay Azərbaycanda dərmandan allergik reaksiyalar nəticəsində 30 nəfər zəhərlənib
# 03 mart 2014 13:14 (UTC +04:00)

Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onlardan 18 nəfəri xəstəxanaya yerləşdirilib, digərlərinə isə ilkin tibbi yardım göstərilib. Onun sözlərinə görə, dərmandan allergik reaksiyalardan zəhərlənmə Bakının müxtəlif rayonlarında qeydə alınıb: “Fevralda spirtli içkilərdən zəhərlənmə ilə bağlı mərkəzə 21 nəfər müraciət daxil olub, onlardan 9-u xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərə ilkin yardım göstərildikdən sonra 1-2 sutka ərzində evə buraxılıblar”.

Baş toksikoloq bu ay sirkə turşusundan zəhərlənənlərin də sayını açıqlayıb. Onun sözlərinə görə, fevralda sirkə turşusundan yalnız 6 nəfər zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR