Yunanıstan-Azərbaycan Gənclər Mərkəzi ilə tanışlıq olub - FOTOSESSİYA - YENİLƏNİB

Yunanıstan-Azərbaycan Gənclər Mərkəzi ilə tanışlıq olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB
# 10 aprel 2014 14:21 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Yunanıstanın Afina şəhərində fəaliyyət göstərən Yunanıstan-Azərbaycan Gənclər Mərkəzi ilə tanışlıq olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycanın Yunanıstandakı səlahiyyətli və fövqəladə səfiri Rəhman Mustafayev, Mərkəzin sədri Yuannis Papaqriqori, Mərkəzin idarə heyətinin nümayəndəsi Günel Nəsirova, Yunanıstan-Azərbaycan Ticarət Palatasının rəhbəri Georgi Papadopolo və b. iştirak ediblər.

İ. Babayev bu ilin yanvar ayından işə başlayan Gənclər Mərkəzinin Avropada açılmasının vacibliyini, ölkələrimizin gəncləri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinin vacibliyini vurğulayıb.

Y. Papaqriqori Dağlıq Qarabağ probleminə toxunaraq həmişə Azərbaycanı dəstəklədiklərini bildirib.

Daha sonra İntiqam Babayev Gənclər və İdman Nazirliyi adından Mərkəzə hədiyyələr təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR