Mədəniyyət və turizm naziri hotellərə xəbərdarlıq edib - VİDEO

Mədəniyyət və turizm naziri hotellərə xəbərdarlıq edib - <span style="color: red;">VİDEO
# 12 mart 2014 10:52 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Mədəniyyət və Turizm Nazirliyi digər nazirliklərlə, müvafiq dövlət qurumları ilə birlikdə mütəmadi olaraq turizm obyektlərində, hotellərdə monitorinqlər keçirir. Bu monitorinqlər həm hazırlıq, həm də yay dövrlərində aparılır”.

APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbulfəs Qarayev söyləyib.

Ə.Qarayev deyib ki, Mədəniyyət və Turizm Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birlikdə hotellərdə yoxlamalar aparır, hotel sahiblərinə üzə çıxan nöqsanların aradan qaldırılması üçün tövsiyələr verir: “Bizim məqsədimiz hotel sahiblərinə nöqsanların aradan qaldırılması üçün yardım etməkdir. Tövsiyələr nəzərə alınmırsa, o halda başqa ölçülər götürürük. Keçən il 3 hotelin lisenziyası alındı. Hazırda bir neçə hotelin lisenziyası bitib, yoxlama aparırıq. Hotel sahibləri Avropa Olimpiya Oyunları ilə bağlı Bakıya gələcək idmançıların, turistlərin hotellərdə yerləşməsini istəyirlərsə, Avropa Olimpiya Oyunlarına qədər lisenziya almalıdırlar. Lisenziyasız fəaliyyət göstərən hotellər bu imkanlardan istifadə etməyəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR