ATƏT DTİHB Ukraynada növbədənkənar prezident seçkilərini müşahidə edəcək

ATƏT DTİHB Ukraynada növbədənkənar prezident seçkilərini müşahidə edəcək
# 03 mart 2014 13:36 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) mayın 25-də Ukraynada keçiriləcək növbədənkənar prezident seçkilərinə müşahidə missiyasını göndərəcək.

APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu qərar Ukrayna hökumətinin müvafiq dəvət məktubundan sonra qəbul olunub.

Missiya əsasən Kiyevdə olan ekspertlərdən ibarət olacaq. Seçki günü 900 nəfər müşahidəçi səsvermə prosesinin monitorinqini həyata keçirəcək. Uzunmüddətli missiyaya isə 100 nəfər daxil olacaq.

DTİHB missiyaya ATƏT Parlament Assambleyasından olan müşahidəçilərin, habelə digər parlament təsisatları nümayəndələrinin qoşulacağını gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR