Gələn həftədən paytaxt sakinlərinin icbari tibbi müayinəsinə başlanacaq

Gələn həftədən paytaxt sakinlərinin icbari tibbi müayinəsinə başlanacaq
# 14 fevral 2014 15:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Fevralın 17-dən etibarən Bakı şəhərinin sakinlərinin icbari tibbi müayinəsinə başlanacaq.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev APA-ya açıqlamasında deyib ki, əhalinin icbari dispanserizasiyası ilkin olaraq 17 fevral - 1 may tarixlərini əhatə edəcək. Sonra bu iş bütün il boyu davam etdiriləcək. R. Nağıyev bildirib ki, müayinələr zamanı əhalinin müalicəsi ambulator və stasionar şəkildə təşkil olunacaq: “Qanuna əsasən uşaqların icbari müayinəsi aparılır və hər uşaq ildə bir dəfə tibbi müayinədən keçirilir. Müasir texniki bazanın olduğunu nəzərə alaraq il boyu əhalini icbari müayinələrə cəlb etmək istəyirik. Bizə maraqlıdır ki, əhali qeydiyyatda olduğu yaşayış yerinə uyğun olan tibb müəssisəsində müayinədən keçsin. Bu işdə bütün tibb müəssisələri bizə kömək edəcəklər. Ümumilikdə isə bütün tibb müəssisələri istər bu ay, istərsə də bütün il boyu əhaliyə lazımi xidmət göstərməyə hazırdır”.

R. Nağıyevin sözlərinə görə, icbari tibbi müayinələr 18 yaşından yuxarı əhalini əhatə edəcək. Məqsəd 18 yaşından yuxarı əhalinin icbari tibbi müayinəsinin aparılması və əhalinin sağlamlığının qorunmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR