Kürdəmirin iki kəndinə ilk dəfə təbii qaz verilib

Kürdəmirin iki kəndinə ilk dəfə təbii qaz verilib
# 11 fevral 2014 11:47 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov - APA. Kürdəmir rayonunun Çöhranlı və Bağban kəndlərinə təbii qaz verilib.

APA-nın məlumatına görə, bu münasibətlə fevralın 11-də kəndlərdə keçirilən mərasimlərdə çıxış edənlər məlumat veriblər ki, bu iki yaşayış məntəqəsinin ilk dəfə qazlaşdırılması üçün 64 kilometr uzunluğunda daşıyıcı və paylayıcı qaz xətti çəkilib.

Çöhranlı kəndində 247, Bağban kəndində isə 105 mənzilə sayğac və fərdi tənzimləyici qurğu quraşdırılıb. Bununla da Kürdəmirdə “mavi yanacaq”dan istifadə edən abonentlərin sayı 11 350-yə çatıb. Hazırda Kürdəmir şəhərində və 22 kənddə əhali təbii qazdan istifadə edir. Rayonun 40 kəndinin əhalisi isə təbii qaz sarıdan əziyyət çəkir ki, onlardan 5-nin bu ilin sonunadək qazlaşdırılması nəzərdə tutulur.

Çıxışlardan sonra kəndlərə təbii qazın verilməsi münasibətilə rəmzi məşəl alovlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR