Azərbaycanda bank aktivlərinin 70%-i kreditlərin payına düşür

Azərbaycanda bank aktivlərinin 70%-i kreditlərin payına düşür
# 06 fevral 2014 10:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi 2013-cü ildə 3 854,7 mln. manat və ya 23,3% artaraq 2014-cü il yanvarın 1-nə 20 385,1 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin dekabr ayı ərzində aktivlərin həcmi 201,54 mln. manat və ya 1,0% artıb:

Bank aktivlərinin tərkibində əsas yeri əvvəlki dövrlərdəki kimi müştərilərə verilən kreditlər tutur. Belə ki, kreditlərin həcmi 14 175,7 mln. manat və ya ümumi aktivlərin 69,5%-ni təşkil edir. Bundan başqa, aktivlərin strukturunda 1 641,6 mln. manat investisiyalar, 1 179,8 mln. manat müxbir hesabları, 808,1 mln. manat nağd vəsaitlər, 904,0 mln. manat maliyyə sektoruna verilən kredit və depozitlər, 1 675,9 mln. manat isə digər aktivlərin payına düşür.

Passivlərin tərkibində 8 879,3 mln. manatı depozitlər, 6 811,6 mln. manatı maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 305,6 mln. manatı digər öhdəliklər təşkil edib. Passivlərin tərkibində kapitalın həcmi isə 3 388,6 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR