Azərbaycan Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqinə başlayır

 Azərbaycan Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqinə başlayır
# 19 fevral 2014 09:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqi istiqamətində işlər görür və artıq yaxın zamanda Sistemin tətbiqinə başlanılacaq. «APA-Economics»in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.


K.Həsənov qeyd edib ki, hazırda ölkədə ünvanvermə işləri yeni qaydalar əsasında aparılır: «Tərəfimizdən Bakı şəhəri üzrə 1 235 küçə və prospektdə giriş ünvanları təyin edilib. Sumqayıt şəhərində adı, başlanğıcı və sonu məlum olan 70 küçədə giriş ünvanlarının təyini işi yekunlaşıb».


Komitə sədri vurğulayıb ki, Gəncə şəhərində də bu işlərə artıq başlanılıb: «Hazırda Sumqayıt şəhəri üzrə yuxarıda qeyd olunan məkan məlumatları bazası formalaşdırılıb. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, kadastr və ünvan reyestri bazaları fəaliyyət göstərir, əmlakın kütləvi qiymətləndirmə sistemi yaxın vaxtlarda istifadəyə veriləcək. Bakı şəhəri və ölkənin digər rayonları üzrə tədbirlər davam etdirilir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR