Azərbaycan Strateji Araşdırmalar Mərkəzi və Belarus Məlumat-Analitik Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb - FOTOSESSİYA - VİDEO

Azərbaycan Strateji Araşdırmalar Mərkəzi və Belarus Məlumat-Analitik Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 03 mart 2014 08:48 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) «Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlər» mövzusunda dəyirmi masa keçirib.

APA-nın məlumatına görə, tədbirdə SAM-ın direktoru Fərhad Məmmədov və Belarus Respublikasının Prezident Administrasiyası yanında Məlumat-Analitik Mərkəzinin (MAM) direktoru Aleksandr Bazanov giriş nitqi ilə çıxış ediblər.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Belarus Respublikasının Prezidentinin Administrasiyası yanında Məlumat-Analitik Mərkəzinin (MAM) direktor müavini Aleksey Matsevilo və MAM Konsultativ Şurasının eksperti Sergey Kizima məruzə ediblər.

Tədbirdə Belarus və Azərbaycan arasında ikitərəfli münasibətlərin formalaşması və inkişaf mərhələləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları, Azərbaycanın Cənubi Qafqazda apardığı siyasət və s. mövzuları müzakirə olunub.

Sonda SAM və MAM arasında Anlaşma Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR