Rusiya hərbçiləri Feodosiyada Ukrayna dəniz piyadalarının taborunu hücumla ələ keçiriblər - VİDEO

Rusiya hərbçiləri Feodosiyada Ukrayna dəniz piyadalarının taborunu hücumla ələ keçiriblər - <span style="color: red;">VİDEO
# 24 mart 2014 07:45 (UTC +04:00)

Hərbi hissənin ərazisindən içərisi əl-qolu bağlı ukraynalı dəniz piyadalarının olduğu 3 Ural avtomobili çıxıb.  

 

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, səhər saatlarından başlayaraq taborun yerləşdiyi ərazidən atəş səsləri eşidilib, hərbi hissənin üzərində vertolyotlar dövrə vurub.

 

“Mənbələr bildirir ki, hücum Mi-24 və Mi-8 vertolyotları, BTR-lərlə aparılıb”, - deyə Ukrayna Müdafiə Nazirliyinin Krım media mərkəzinin rəhbəri Vladislav Seleznyov “Facebook” səhifəsində yazıb.

 

V. Seleznyov qeyd edib ki, hərbi hissə mühasirəyə alınıb, hissəyə gedən yol 2 BTR və 20-dək əsgər tərəfindən nəzarətə götürülüb, kazarma binasında güclü tüstü müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR