Şamaxıda maşın yoldan çıxaraq aşıb, bir nəfər ölüb, 3 nəfər xəsarət alıb

Şamaxıda maşın yoldan çıxaraq aşıb, bir nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 11 mart 2014 22:55 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə martın 11-də, gecə saat 23:00 radələrində magistral yolun 127-ci kilometrliyində, Şamaxının Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb. İsmayıllı sakini 1968-ci il təvəllüdlü Qasımov Yavər Sərdar oğlunun idarə etdiyi 90-DR-480 dövlət nömrə nişanlı “Opel Vectra” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Yavər Qasımov, eləcə də sərnişinlər, İsmayıllı rayon sakinləri-1956-cı il təvəllüdlü Rəsulova Nazilə Məcid qızı və 1983-cü il təvəllüdlü Rəsulov Qədir Nürəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İsmayıllı sakini olan digər sərnişin, 1971-ci il təvəllüdlü Ömərli Səbahəddin Şakir oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR