“İmam Xomeyni İmdad Komitəsi”nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin başa çatması münasibətilə tədbir keçirilib - FOTOSESSİYA

“İmam Xomeyni İmdad Komitəsi”nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin başa çatması münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 19 fevral 2014 09:14 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə çıxış edən “İmam Xomeyni İmdad Komistəsi”nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mahmud Seyyidi bildirib ki, nümayəndəlik Azərbaycanda 1993-cü ildə fəaliyyətə başlayıb və ölkəmizdə çalışmağa başlayan ilk xeyriyyə təşkilatlarından biri olub: “Komitə 20 il ərzində müxtəlif xidmətlər üçün 43 milyon dollar ayırıb. Tikinti sahəsində, gənc ailələrin qurulmasına kömək, görməli yerlərin qoruması sahələrində öz işini həyata keçirib. Kiçik biznesin yaradılması üçün Komitə 2 milyon dollar həcmində faizsiz kreditlər ayırıb”.

M.Seyyidi əlavə edib ki, “İmam Xomeyni İmdad Komitəsi” Azərbaycanın səhiyyə sahəsində də aktiv fəaliyyət göstərib: “Komitə vasitəsilə 500 min insan qurumun tibbi klinikasına müraciət edib”.

Çıxışın sonunda M.Seyyidi xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev də Komitənin gördüyü işləri yüksək qiymətləndirib.

Daha sonra söz alan Komitənin beynəlxalq əlaqələr üzrə müavini Məhəmməd Məhəmmədifər təşkilatın yaranma tarixi barədə danışıb. O bildirib ki, Komitə İran İslam İnqilabının əvvəllərində inqilabın lideri İmam Xomeyni tərəfindən təsis olunub və əsas məqsədi tək İranda deyil, həmçinin digər ölkələrdə də yoxsullara kömək etməkdir. Onun sözlərinə görə, Komitə 60-dan çox ölkədə yardımlar edib.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin isə çıxışında bildirib ki, 90-cı illərin əvvəlində Ermənistanla müharibədən sonra Azərbaycanın humanitar yardıma ehtiyacı var idi və İran öz köməyini göstərməyə qərar verib: “Bununla bağlı Komitənin o vaxtkı sədri Azərbaycana səfər edərək, prezident Heydər Əliyevlə görüşüb və ölkəmizdə Komitənin nümayəndəliyinin açılmasına qərar verilib. Komitənin etdiyi təmənnasız kömək İranla Azərbaycan arasında qardaş və dost əlaqələrin inkişafına, onların strateji səviyyəyə çıxmasına yardım edib”.

Sonda çıxış edən Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, Azərbaycanda 80-dən çox humanitar təşkilat fəaliyyət göstərir və onların sayı tədricən azalır. Bu tendensiyanı təbii hesab edən Ə.Həsənov əlavə edib ki, hazırda Azərbaycan bu sahədə işlərin çoxunu öz üzərinə götürür: “Azərbaycanda “İmam Xomeyni İmdad Komitəsi”nin uzunmüddətli fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Azərbaycanın işğal olunmuş əraziləri azad olunandan sonra İmdad Komitəsi Azərbaycanda fəaliyyət göstərəcək ilk humanitar təşkilatlardan biri olacaq”.

Ə.Həsənov Komitəyə gördüyü işlərə görə təşəkkürlərini bildirib və təşkilat rəhbərliyinə xatirə hədiyyəsi təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR