Bakıda oğurluq hadisəsi baş verib

Bakıda oğurluq hadisəsi baş verib
# 25 yanvar 2014 09:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə – APA. Bakıda qadın kirayə qaldığı mənzildən oğurluq edib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 20-də Rəsulzadə qəsəbəsində vətəndaş Arzu Nəsirova 7-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, evindən 700 manat və 500 ABŞ dolları məbləğində pulu, qızıl-zinət əşyaları oğurlanıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon sakini Vəfa Zeynalova şübhəli şəxs qismində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR