İstintaq təcridxanası və həbsxanada saxlanılan şəxslərdən qadağan olunmuş vasitələr götürülüb

İstintaq təcridxanası və həbsxanada saxlanılan şəxslərdən qadağan olunmuş vasitələr götürülüb
# 12 fevral 2014 09:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında və Qobustanda yerləşən həbsxanada saxlanılan şəxslərdən qadağan olunmuş vasitələr aşkar olunaraq götürülüb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Bakı istintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Rauf Nuhbala oğlu Cəfərovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, kameranın hava borusunda gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd “Nar” danışıq kartı aşkar edilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan, Cinayət Məcəlləsinin 177.3.1; 177.3.2; 181.3.1; 66.3 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Kənan Pərviz oğlu Müqəddəminin saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, kameranın döşəməsində düzəldilmiş gizli saxlanc yerindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd “Cin” danışıq kartı aşkar olunub.


Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan, Cinayət Məcəlləsinin 120.2.4; 93.1.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Ramil Nizami oğlu Qafarovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, kameranın döşəməsində düzəldilmiş gizli saxlanc yerindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Hər üç fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR