Əli Əliyev: “Eldəniz Quliyev məsuliyyətə cəlb olunmalıdır”

Əli Əliyev: “Eldəniz Quliyev məsuliyyətə cəlb olunmalıdır”
# 13 fevral 2014 09:50 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Əli Əliyev siyasi meydanda özünü rüsvay edib, heç olmasa, əgər varsa, ləyaqətini saxlasın”.

Bunu APA-ya açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev tərəfindən məhkəməyə veriləcəyi barədə yayılan informasiyaya münasibət bildirərkən deyib.

E.Quliyev bildirib ki, Ə.Əliyevin müavinləri də onu təhqir edib: “Məni məhkəməyə vermək istəyirsə, özü bilər”.

Ə.Əliyev isə APA-ya bildirib ki, E.Quliyev onun barəsində işlətdiyi hər fikrə görə cavab verməli olacaq: “Bu adam mütləq məsuliyyətə cəlb olunmalıdır. Hazırda şikayət ərizəsi hazırlanır. O, dediyi hər fikrin, hər sözün əvəzini ödəməlidir və ödəyəcək. Bundan əlavə, bu fərd təkcə məni deyil, partiyanı, onun bütün üzvlərini təhqir edib. Bizim guya hakimiyyətə işlədiyimiz barədə qeyri-dəqiq məlumat yayıb. Mən isə onun ünvanına təhqiramiz ifadə işlətməmişəm, fikirlərim siyasi olub. Onun layiq olduğu tərzdə, səviyyəsinə və ritorikasına uyğun cavab verən şəxs partiyanın sədr müavini olub. Əminəm ki, mənim ona qarşı işlətdiyim heç bir ifadədə təhqir yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR