«Bakıelektrikşəbəkə» nizamnamə kapitalını kəskin artırır

«Bakıelektrikşəbəkə» nizamnamə kapitalını kəskin artırır
# 19 mart 2014 08:24 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Bakıelektrikşəbəkə» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.

Məlumata əsasən, emissiyanın həcmi 368,2 mln. manat, bir səhmin nominal dəyəri 2 manat təşkil edir. Kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcək yerləşdirmədə anderrayter kimi «Çelsi Kapital» MMC çıxış edəcək.

Yerləşdirmə nəticəsində «Bakıelektrikşəbəkə»nin nizamnamə kapitalı 2,4 dəfə artaraq 623 533 532 manata çatacaq. Emissiya prospektinə əsasən, səhmlərin yerləşdirilməsi zamanı yerləşdirmənin başlanma tarixindən etibarən 5 ay müddətində üstünlük hüququ tətbiq edilir.

Qeyd edək ki, «Bakıelektrikşəbəkə» 100% dövlət mülkiyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR