“Bakı Sığorta” nizamnamə kapitalını artırır

“Bakı Sığorta” nizamnamə kapitalını artırır
# 10 aprel 2014 07:58 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu gün Bakı Fond Birjasında “Bakı Sığorta” ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanır.

Birjadan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 1 849 840 manat, bir səhmin nominal dəyəri 760 manat təşkil edib.

Yerləşdirmədə anderrayter kimi “Çelsi Kapital” MMC çıxış edəcək.

Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 28,4 % artaraq 8 373 679 manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR