Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib - FOTO

Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib - <span style="color: red;">FOTO
# 02 aprel 2014 15:20 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclası keçirilib.

MŞ-dan APA-ya verilən məlumata görə, Şura sədri Əflatun Amaşov iclası açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq yekdilliklə bəyənilib.

Öncə MŞ Şikayətlər üzrə Komissiyasının rəyləri və «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının təqdimatı əsasında qərarlar çıxarılıb. «Aqrolizinq» ASC-nin və «Azərenerji» ASC-nin «Yeni Cümhuriyyət» qəzetində gedən materiallarla bağlı şikayətləri əsasında sözügedən nəşrə MŞ-nın xəbərdarlığının elan edilməsi məqsədəuyğun sayılıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin «Azadlıq» qəzeti ilə bağlı müraciətində cavabdeh tərəfin etik prinsipləri pozduğu müəyyənləşdirilib. İclasda həmçinin «İqtisadiyyat və kölgə» və «Kölgəli iqtisadiyyat və korrupsiya» qəzetlərinin MŞ-nin «qara siyahı»sına salınması qərara alınıb.

Daha sonra MŞ sıralarına qəbul keçirilib.

Gündəlikdə duran növbəti məsələ MŞ-nin «Apellyasiya qrupu»nun təqdimatı əsasında qərarların çıxarılması ilə bağlı olub. Bildirilib ki, Şuranın «Qara siyahı»sında yer alan kütləvi informasiya vasitələrinin siyahıdan çıxmaqla bağlı müraciətlərini araşdıran qrup həmin nəşrlərin fəaliyyətinə dair monitorinqlər aparıb. Onlardan bir çoxunun fəaliyyət göstərmədiyi, digərlərinin isə peşə davranışı qaydalarını pozmayacaqları ilə əlaqədar öhdəlik götürdükləri diqqətə çatdırılıb.

İclasda məlumat verilib ki, MŞ-na özünü Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı adlı təşkilatın nümayəndəsi kimi təqdim edən bəzi şəxslər yerlərdə müxtəlif vəzifə sahiblərinə maddi təmənna ilə diplom təqdim etmələrinə dair məlumatlar daxil olmaqdadır. Buna görə də MŞ-nin İdarə Heyəti sözügedən təşkilatla əlaqədar məsələnin ciddi şəkildə araşdırılması qərarına gəlib. Bunun üçün İdarə Heyətinin üç üzvündən ibarət işçi qrupu formalaşdırılıb.

Ali məktəblərin jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının tətbiqi ilə bağlı məsələnin müzakirəsi zamanı mövcud istiqamətdə MŞ-nin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə apardığı işlərə nəzər salınıb və müsbət qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR