Azərbaycan səfiri Səudiyyə Ərəbistanı parlamentinin Azərbaycanla dostluq komitəsinin sədri ilə görüşüb

Azərbaycan səfiri Səudiyyə Ərəbistanı parlamentinin Azərbaycanla dostluq komitəsinin sədri ilə görüşüb
# 28 iyun 2014 07:51 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev bu ölkənin parlamentində (Maclis Əl-Şura) olub.

Bu barədə APA «Saudi Press Agensy»ə istinadən məlumat verib.

Səudiyyə Ərəbistanı parlamentinin Azərbaycanla dostluq komitəsinin sədri Abdullah bin Məhəmməd Əl-Nasir ilə görüşdə parlamentlərarası əlaqələr, ikitərəfli münasibətlər və inkişaf yolları müzakirə olunub.

Görüş zamanı Abdullah bin Məhəmməd Əl-Nasirin Azərbaycana planlaşdırılan səfəri barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR