İranda Alim Qasımovun diskləri çıxıb - FOTO

İranda Alim Qasımovun diskləri çıxıb - <span style="color: red;">FOTO
# 30 may 2014 12:06 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Azərbaycanın xalq artisti Alim Qasımovun İranda diskləri çıxıb.

APA-nın verdiyi məlumata görə, bu barədə A.Qasımovun dostu, təbrizli şair Xosrov Sərtpi öz “facebook” səhifəsində yazıb.

Disklərə A.Qasımovun 2000-2004-cü illərdə Təbrizdə verdiyi konsertlər, eyni zamanda bu il mayın 13-də Tehran Beynəlxalq Sərgi Mərkəzinin “Milad” salonunda verdiyi konsertdən bir səhnə daxil edilib. Belə ki, 2000-ci il konserti iki ədəd CD, 2004-cü il konserti isə bir ədəd DVD formatında buraxılıb.

Disklərə “Morğ-e Səhər” adı verilib və Tehranın “Avaye Barbad” Mədəniyyət və İncəsənət Müəssisəsinin təşkilatçılığı ilə satışa çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR