Goranboyda qəza olub, 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Goranboyda qəza olub, 1 nəfər ölüb, 4 nəfər yaralanıb
# 16 mart 2014 19:33 (UTC +04:00)

Bakı-APA. Goranboy rayonunun Balakürd kəndində vətəndaşlara məxsus iki "VAZ" markalı minik avtomobili toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə nazirliyin xilasetmə qüvvələri cəlb olunub.

Qəza nəticəsində hər iki maşının sürücüsü və daha iki sərnişini yaralanıb. Digər sərnişin 1959-cu il təvəllüdlü Həsənova Zöhrə Talış qızı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR