Moldova nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

Moldova nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib
# 29 aprel 2014 08:48 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Moldova Mədəniyyət Günləri çərçivəsində Azərbaycanda səfərdə olan mədəniyyət naziri xanım Monika Babukun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın, həmçinin SSRİ xalq artisti Müslüm Maqomayevin məzarlarını ziyarət edib.

APA-nın məlumatına görə, Monika Babuku Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və Moldovanın Azərbaycandakı səfirliyinin əməkdaşları müşayiət edib. Nazir həmçinin Şəhidlər xiyabanında olub.

M. Babuk bildirib ki, Azərbaycanda Moldova Mədəniyyət Günlərinin keçirilməsi iki ölkə arasında mədəni sahədə həyata keçirilən əməkdaşlığın tərkib hissəsidir. Nazir Azərbaycanla ölkəsi arasında qarşılıqlı mədəniyyət tədbirlərinin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, Moldova Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi aprelin 29-da Azərbaycan Dövlət Filarmoniyasında olacaq. Mədəniyyət günləri aprelin 30-da Sumqayıtda davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR