Rumıniyada SOCAR brendi ilə daha 2 yanacaqdoldurma məntəqəsi açılıb

Rumıniyada SOCAR brendi ilə daha 2 yanacaqdoldurma məntəqəsi açılıb
# 21 fevral 2014 15:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Rumıniyanın Macarıstanla sərhədində yerləşən Oradea və Timişoara şəhərlərində SOCAR brendi altında fəaliyyət göstərən 2 yanacaqdoldurma məntəqəsi istismara verilib.

ARDNŞ-in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, açılış mərasimində “SOCAR Petroleum SA” şirkətinin və yerli hökumət qurumlarının nümayəndələri iştirak ediblər.

ARDNŞ-in Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov açılış mərasimində bildirib ki, bu il SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsinin daha da genişləndirilməsi planlaşdırılır: “Artıq Bakau, Kluj, Sibiu, Arad, Bistrita və İasi şəhərlərində yeni yanacaqdoldurma məntəqələrində tikinti işləri tam gücü ilə davam edir”.

Magistral yollar üzərində yerləşən YDM-lərdə müştərilərə “Euro Dizel 95”, “Super Euro Dizel 98”, Benzin 95 və 98 tipli neft məhsulları, maye qaz təklif olunur.

Məntəqələrdə 3 sayğac quraşdırılıb, 4 kiçik avtonəqliyyat vasitəsinin və 2 iri tutumlu yük maşınının, eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. YDM-lərin ərazisində market, kafe fəaliyyət göstərir, müştərilər 24 saat pulsuz internet xidməti ilə təmin olunublar. Bununla da, Rumıniyada əhaliyə SOCAR brendi altında yüksək keyfiyyətli xidmət göstərən YDM-lərin sayı 25-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR