“Fənərbaxça”nın kapitanı Azərbaycanda oynaya bilər

“Fənərbaxça”nın kapitanı Azərbaycanda oynaya bilər
# 17 aprel 2014 10:09 (UTC +04:00)

Bakı – APA. “Fənərbaxça” voleybol klubunun kapitanı Seda Tokatlıoğlu karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, adı açıqlanmayan komandalarımızdan biri 28 yaşlı oyunçunun xidmətində maraqlıdır.

Türkiyə mətbuatının yazdığına əsasən, komandamız “ay-ulduzlu” yığmanın da şərəfini qoruyan hücumçuya yüksək məbləğdə pul təklif edib. Lakin 192 sm boya malik voleybolçu hələ yekun qərar verməyə tələsmir. Çünki Tokatlıoğluya yerli “Əczaçıbaşı” ilə yanaşı, Rusiya və Cənubi Koreyadan da dəvətlər var.

Qeyd edək ki, Tokatlıoğlu 2005-ci ildən “Fənərbaxça”nın şərəfini qoruyur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR