Bakı-APA. İraq paytaxtında silsilə partlayışlar nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb.
APA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Bağdadın 5 rayonunda minalanmış 6 avtomobil partladılıb.
Terror aktları səhər saatlarında baş verib.