Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının növbəti iclası Bakıda keçiriləcək

Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının növbəti iclası Bakıda keçiriləcək
# 28 oktyabr 2013 18:27 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının növbəti iclası bu ilin sonunda Bakıda keçiriləcək. APA-nın məlumatına görə, bu barədə bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev məlumat verib.

Qeyd edək ki, mədəni, elmi-texniki və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Çexiya hökumətlərarası komissiyası 2011-ci ildə yaradılıb. İlk iclas Praqada keçirilib.

Komissiyanın həmsədrləri Çexiyanın sənaye və ticarət nazirinin müavini Milan Qovorka və Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR