Səfir: Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini dəstəkləməyə hazırdır

Səfir: Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini dəstəkləməyə hazırdır
# 11 mart 2014 09:25 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Avropa Birliyi ATƏT-in Minsk qrupu çərçivəsində aparılan Qarabağ nizamlanması prosesinə dəstək verməyə hazırdır.

APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib.

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilir. Lakin Avropa Birliyi bəyan etdiyi kimi, biz bu prosesi dəstəkləməyə hazırıq. İmkanlarımız çərçivəsində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinin irəliləməsinə kömək etmək istəyirik”,- deyə o vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR