Viktor Yanukoviç Ukrayna xalqına müraciət etmək niyyətindədir

Viktor Yanukoviç Ukrayna xalqına müraciət etmək niyyətindədir
# 19 fevral 2014 00:42 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının müşaviri Anna German bildirib.

“Prezident hazırda bəyanatının mətnini hazırlayır. Müxalifətlə görüş də nəzərdə tutulub. Bundan öncə bir neçə müxalifətçi Prezident Administrasiyasına gəlmişdi, lakin görüşün keçirildiyi barədə məndə heç bir məlumat yoxdur. Bəyanatda müxalifətlə görüşün təfərrüatlarının əks olunacağı ehtimal edilir”, deyə German bildirib.

Yerli KİV-lərin məlumatına görə, prezidentin müxalifət liderləri Vitali Kliçko və Arseni Yatsenyukla hələlik görüşü baş tutmayıb.

“Vitali Kliçko və Arseni Yatsenyuk bir saatdan çoxdur ki görüşü gözləyirlər. Onlara bildirirlər ki, prezident sizinlə indi görüşəcək”, deyə Kliçkonun mətbuat katibi Oksana Zinovyeva bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR