® «Səba» keyfiyyətə zəmanət üçün daha bir addım atıb - FOTO

<font color=red>® </font> «Səba» keyfiyyətə zəmanət üçün daha bir addım atıb - <span style="color: red;">FOTO
# 13 fevral 2014 07:00 (UTC +04:00)

Bakı – APA. Mağazalarda toyuq və süd məhsulları ilə rastımıza çıxan «Səba» bütün emal və istehsal müəssisələrini bir ad altında birləşdirib. Bundan sonra istər keyfiyyətli toyuq əti istehsalı üçün yem becərməyə xidmət edən «Qarabağ Taxıl» olsun, istərsə də hazır məhsuldan yemək bişirib, müştərinin önünə gətirən «Al Chicken» restoranı («Baku Food Company»), hamısı bir şirkətdə fəaliyyət göstərəcək.

Məqsəd bütün istehsal və emal prosesinə tam nəzarət etməklə, hazırlanan məhsulların yüksək keyfiyyətinə zəmanət verməkdir. Digər tərəfdən, müştərilər «Səba» brendinin bazara çıxmasında əməyi olan bütün şirkətləri bir ad ilə tanıyacaq. İndi «Qarabağ Taxıl», «Dərin Emal», «Əkinçi», «Səba Kredit», eləcə də «Səba» süd istehsalçısı «Biləsuvar Agro», «Al Chicken» restoranının sahibi «Baku Food Company», «Səba» toyuqlarının istehsalçısı «Dəvəçi Broyler» vahid «Səba» Səhmdar Cəmiyyətində birləşib.

«Səba»nın bu addımı atmasına il yarım əvvəl keyfiyyətli toyuq əti istehsalı üçün yem becərməyə başlaması təkan verib. Ağsu, Ağcabədi, Beyləqan və Kürdəmirdə yaratdığı özəl taxılçılıq təsərrüfatları nəticəsini çox gözlətməyib. Tətbiq olunan yeni suvarma sistemi - pivotlar, keyfiyyətli toxumluq taxıl sayəsində «Səba»nın təsərrüfatı ölkədə taxıl məhsuldarlığında rekord hədd vurdu - 1 hektar sahədən 55 sentnerə qədər taxıl əldə edilib. Elə ilk ildə 35 min ton məhsul toplanılıb. Təsərrüfatın yüksək məhsuldarlığı həm yemlik taxıl, həm də çörək istehsalı üçün buğda yığımında müşahidə edilib.

«Səba» dənli bitkilərdən, xüsusilə qarğıdalıdan toyuq əti istehsalı üçün yem hazırlamaqla yanaşı, toplanan taxılın keyfiyyətini itirmədən saxlanmasına da nail olub. İnşa etdiyi yeni anbar 20 min ton taxılı qurudub, keyfiyyətli saxlanmasına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR