Sabah Bolqarıstanda QDİƏT XİN rəhbərləri Şurasının növbəti iclası keçiriləcək

Sabah Bolqarıstanda QDİƏT XİN rəhbərləri Şurasının növbəti iclası keçiriləcək
# 18 iyun 2014 15:43 (UTC +04:00)

Bakı-APA. İyunun 19-da Bolqarıstanın Varna şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin xarici işlər nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Görüş zamanı təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə qəbul edilmiş qətnamə, qərar və tövsiyələrinin yerinə yetirilməsi, QDİƏT İşçi Qruplarına ölkə əlaqələndiricilərinin təyin edilməsi, QDİƏT-də müşahidəçi statusunun uzadılması və QDİƏT-in Layihə İnkişaf Fondunun fəaliyyəti məsələləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR