Güclü külək Qusarda 50-dək kəndi işıqsız qoyub

Güclü külək Qusarda 50-dək kəndi işıqsız qoyub
# 17 mart 2014 15:18 (UTC +04:00)

Qusar. Vəli Turan - APA. Bu gün Qusar rayonunda müşahidə olunan güclü külək bir sıra fəsadlar yaradıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, bəzi ərazilərdə ağaclar və elektrik dirəkləri aşıb. Rayon Elektrik Şəbəkəsindən verilən məlumata görə, rayonun təxminən 50 kəndinə elektrik enerjisinin verilişində problemlər yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR