İranın Azərbaycandakı səfirliyi: Üçüncü qüvvələr Tehran-Bakı münasibətlərinə zərbə vura bilməməlidir

İranın Azərbaycandakı səfirliyi: Üçüncü qüvvələr Tehran-Bakı münasibətlərinə zərbə vura bilməməlidir
# 13 mart 2014 11:51 (UTC +04:00)

APA-nın məlumatına görə, bəyanatda deyilir ki, İranla Azərbaycan arasında mövcud olan dərin əlaqələr ortaq din, qardaşlıq və qonşuluq prinsiplərinə söykənir və bu ortaqlıqlar hər iki dövləti bir-birinə yaxın edir.

Bəyanatda vurğulanır ki, İran Azərbaycan xalqının izzəti, inkişafı və rifahını istəyir: “İran və Azərbaycan beynəlxalq səviyyədə də bir-birinə dəstək olurlar. İki ölkə arasında əməkdaşlıq möhkəm olmalıdır ki, üçüncü qüvvələr Tehran-Bakı münasibətlərinə zərbə vura bilməsinlər”.

Qeyd edək ki, İran Azərbaycanın müstəqilliyini 1992-ci il martın 12-də tanıyıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR