Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsi 1,3 dəfə artıb

Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsi 1,3 dəfə artıb
# 25 mart 2014 13:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 1,3 dəfə artaraq 452,5 min manat olub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, elektron ticarət üzrə istehlak mallarının satışının 82,2%-i hüquqi şəxslər, 17,8%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin ticarət subyektləri tərəfindən həyata keçirilib.

Hesabat dövründə elektron ticarət dövriyyəsinin 91,7%-ni təşkil edən qeyri-ərzaq mallarının satışı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artaraq 414,9 min manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR