«PAŞA Həyat» iki sığorta hadisəsinə görə 98 min manat ödəniş edib

«PAŞA Həyat» iki sığorta hadisəsinə görə 98 min manat ödəniş edib
# 18 fevral 2014 13:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat» sığorta şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iki irihəcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «PAŞA Həyat»da sığortalanmış iki işçi (iki müxtəlif sığortalı müəssisənin əməkdaşları) istehsalat zamanı bədbəxt hadisə nəticəsində həyatlarını itirib. Müxtəlif vaxtlarda baş vermiş bədbəxt hadisələrə görə ümumilikdə 98 009 manat həcmində sığorta ödənişi verilib.

Belə ki, şirkət tərəfindən sığortalandığı müəssisələrdə istehsalat zamanı vəfat etmiş şəxslərin ailələrinə müvafiq olaraq 66 504 manat və 31 505 manat həcmində birdəfəlik ödənişlər həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR