Bu il Moskvadan 5 mindən artıq qeyri-leqal miqrant çıxarılıb

Bu il Moskvadan 5 mindən artıq qeyri-leqal miqrant çıxarılıb
# 25 dekabr 2013 10:45 (UTC +04:00)

Bakı - APA. Cari ildə məhkəmə pristavları Moskvada məskunlaşmış 5 min qeyri-leqal miqrantı Rusiyadan deportasiya ediblər.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda Moskva üzrə Məhkəmə Pristavları Xidmətinin Federal İdarəsi xəbər yayıb.

Xəbərdə bildirilir ki, 2013-cü ilin əvvəlindən Moskva məhkəmə pristavları 5 min xarici vətəndaşı ölkədən çıxarıb. Onların arasında geniş ictimai rezonans doğuran operativ-profilaktik əməliyyatlarda saxlanılan qeyri-leqal miqrantlar da var.

2013-cü ildə qeyri-leqal miqrantlar mövzusu Matveyevskiy bazarında polis işçisinin döyülməsi və Moskvanın Birlyulevo rayonunda Azərbaycan vətəndaşı Orxan Zeynalov tərəfindən bir rus gəncin öldürülməsindən sonra xüsusən aktuallaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR