İƏT Krım tatarlarının təhlükəsizliyindən narahatdır

İƏT Krım tatarlarının təhlükəsizliyindən narahatdır
# 27 mart 2014 11:46 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Ukraynadakı son hadisələrlə əlaqədar Krım tatarlarının təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib.

APA-nın məlumatına görə, bu barədə İƏT-in saytında yer alan bəyanatda deyilir.

Sənəddə Krım tatarlarının hüquqlarına hörmətlə yanaşılmasının vacibliyi qeyd olunub.

“Dədə-baba torpaqlarından XX əsrdə qovulmuş Krım tatarlarının yenidən əzab çəkməsinə imkan verilməməlidir. İƏT əmindir ki, XXI əsrdə beynəlxalq birliyin üzvləri üçün konstruktiv dialoq, sülh və qonşuluq münasibətləri normaya çevrilməlidir”, - deyə bəyanatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR