Gəncədə boğazından bıçaqlanan gənc ölüb

Gəncədə boğazından bıçaqlanan gənc ölüb
# 26 fevral 2014 18:16 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə iki gün öncə şəhərin “Dəmir yolu” adlanan ərazisində yerləşən çay evlərinin birində ofisiant işləyən 1992-ci il təvəllüdlü Tural Rzayev, obyektdə mühafizəçi işləyən 1955-ci il təvəllüdlü Vaqif İsgəndərovla mübahisə edib. Mübahisə sonda davaya çevrilib.

Nəticədə V. İsgəndərov Rzayevi bıçaqlayıb. Boğaz nahiyəsindən xəsarət alan yaralı ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsədə ötən gün o dünyasını dəyişib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR