Azərbaycanda Gənclər Proqramının icrasına sərf edilən vəsaitin həcmi açıqlanıb

Azərbaycanda Gənclər Proqramının icrasına sərf edilən vəsaitin həcmi açıqlanıb
# 11 fevral 2014 10:18 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının Gənclər, idman və mədəniyyət komissiyasının ilk iclasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, 2003-cü ildə Gənclər Proqramının icrasına 245 min manat ayrılıbsa, 2013-cü ildə Gənclər Proqramının icrasına ayrılan vəsaitin həcmi 245 milyon manata çatıb.


Azərbaycanda 250-dən artıq gənclər təşkilatlarının fəaliyyət göstərdiyini açıqlayan İ. Babayev Gənclər və İdman Nazirliyinin 2013-cü ildə gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsinə 5 milyon manat vəsait ayırdığını nəzərə çatdırıb: “Bu, Avropa Gənclər Forumunun gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsinə ayırdığı vəsaitdən çoxdur. Avropa Gənclər Forumu 2013-cü ildə bu məqsədlə cəmi 3 milyon dollar ayırıb. Digər tərəfdən, biz hər il 4-5 min gənc üçün Azərbaycanın müxtəlif məkanlarında düşərgələr təşkil edirik. Azərbaycanda 6 500-dən artıq tarixi abidə var. Bu düşərgələr zəngin qədim tarixi irsi gənclərimizin öyrənməsi üçün təşkil olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR