Sumqayıtda kürəkən qayınanasını bıçaqlayıb

Sumqayıtda kürəkən qayınanasını bıçaqlayıb
# 17 fevral 2014 08:14 (UTC +04:00)

Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə fevralın 16-dan 17-ə keçən gecə Sumqayıt şəhəri, Sülh küçəsi 29 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1961-ci il təvəllüdlü Zərnigar Lətifova kürəkəni, 1981-ci il təvəllüdlü Razim Mehman oğlu Həsənov tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq xəsarəti alan Z. Lətifova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən R. Həsənov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR