Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində yanğın törədiblər

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində yanğın törədiblər
# 16 may 2014 14:19 (UTC +04:00)

Bu barədə APA-nın Qarabağ bürosuna Tərtərin Həsənqaya kəndində məskunlaşan məcburi köçkünlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, erməni hərbçiləri Umudlu-Ağdərə yolunun sağ tərəfində - keçmiş Ağdərə rayonunun Çardaqlı kəndi yaxınlığında kolluqlara od vurublar. Yanğın yol boyunca təxminən 3 kilometr ərazini əhatə edib.

Xatırladaq ki, hər il yaz-yay aylarında ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yanğınlar törədirlər.

Nəticədə fauna və floraya ciddi zərər dəyir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR